Bu gun Azərbaycanın daha bir boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finalda Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib. Görüş rəqib idmançının qələbəsi ilə yekunlaşıb. Beləlikllə, Malik Həsənov (63,5 kq) və Məhəmməd Abdullayevdən (+92 kq) sonra Nicat Hüseynov da olimpiadada mübarizəni dayandırdı. Komandamızın digər üzvü Alfonso Dominqes (92 kq) isə ilk görüşdə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün daha bir boksçumuz Murad Allahverdiyevin (80 kq) rinqə çıxacaq. İdmançımızın rəqibi Misir təmsilçisi Abdelrahman Abdelqavvad olacaq. Döyüş Bakı vaxtı ilə saat 18:34-də başlayacaq.