Triatlonçumuz Paris-2024-də çıxış etdi 

Triatlonçumuz Paris-2024-də çıxış etdi 

Bu gün Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən triatlon yarışlarına start verilib. 

Oyunlarda ölkəmizi triatlonçumuz Rostislav Pevtsov təmsil edib. İdmançımız ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edərək yarışı 43-cü pillədə başa vurub.
Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.