Cüdo üzrə yığma komandamızın üzvü Zelim Kotoyev Paris-2024 Yay Olimpiya Oyunlarının final mərhələsinə vəsiqə qazanıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb. Dünya çempionumuz bu görüşdən də qalib ayrılaraq finala vəsiqə əldə edib. Bununla da Azərbaycan komandası Paris-2024-də ikinci medalını təmin edib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Zelim Kotoyev Pyotr Kuçera (Polşa) və Peter Palçikə (İsrail) qalib gələrək yarımfinala vəsiqə qazanmışdı.