Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi

Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi

Boks üzrə yığma komandamızın üzvü Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində 1/4 final görüşünə çıxıb. -92 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran boksçumuz yarımfinala vəsiqə qazanıb. İdmançımız bununla da ən azı Paris-2024-ün bürünc medalını təmin edib.

Qeyd edək ki, Alfonso Dominqes 1/8 finalda kubalı ikiqat Olimpiya çempionu Xulio Sezar la Kruzu məğlub etmişdi.

Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi Azərbaycan komandası Paris-2024-də daha bir medalı təmin etdi