Paris-2024: Güləşçimizdən uğurlu başlanğıc

Paris-2024: Güləşçimizdən uğurlu başlanğıc

BOK

07.08.2024, 13:38

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarının üçüncü gününə start verilib. Klassiklərin mübarizəsində daha bir təmsilçimiz Həsrət Cəfərov xalça üzərinə çıxıb. İdmançımız olimpiadaya 1/8 finaldan başlayıb. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısı ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşıb.  Görüş idmançımızın tam üstünlüklü qələbəsi ilə (8:0) başa çatıb. Pəhləvanımız bu qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR