Sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq

Sərbəst güləşçimiz bürünc medal uğrunda yarışacaq

Olimpizm xəbərləri

09.08.2024, 21:09

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

125 kq çəki dərəcəsində qüvvəsini sınyan idmançımız finala gedən yolda gürcüstanlı Geno Petriaşvili ilə qarşılaşıb.

Təəssüf ki, idmançımız bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Beləliklə, pəhləvanımız sabah üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Georgi Meşvildişvili 1/8 finalda misirli Diaeldin Abdelmottalebə, 1/4 finalda isə monqolustanlı Lxaqvaqerel Munxtura qalib gəlib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR