Ukraynalı kanoeçi Anastasiya Rıbaçoka ona məxsus qayıqda “Mən ukraynalıyam” yazısı ilə çıxış etmək qadağan edilib. Məhz buna görə də 26 yaşlı idmançı yazının üzərinə boya çəkməyə məcbur olub. “Beynəlxalq Kanoe Federasiyası Anastasiyanın qayığındakı “Mən ukraynalıyam” yazısında təbliğat əlamətlərini diqqətdən qaçırmayıb. Buna görə də onu bu ifadənin bir hissəsini boyanmağa məcbur edib”, - deyə ukraynalı idmançının rəsmi tərəfdaşı olan şirkət bildirib.