Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024-də bu gün final çıxışlarını nümayiş etdirib. Finala çıxmaqla adını dünyanın ən güclü 8 komandası sırasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar. Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər. Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Paris-2024-də beşinci oldu