Paris-2024-ün bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi 

Paris-2024-ün bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi 

Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib. 

Mərasimdə üçrəngli bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnastımız Zeynəb Hümbətova dalğalandıracaq.

Bağlanış mərasimi avqustun 11-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.