"Ludoqorets" klubunun baş məşqçisi istefaya göndərildi

"Ludoqorets" klubunun baş məşqçisi istefaya göndərildi

Bolqarıstanın "Ludoqorets" klubunun baş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.

Klub rəhbərliyi bolqar mütəxəssislə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ"a 2:7 hesablı məğlubiyyətdən sonra yollarını ayırıb.

Qeyd edək ki, daha əvvəl bir neçə dəfə "Ludoqorets"də çalışan G.Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı - 2:1.