Azırbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azırbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib.

Bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə 0:3, "Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya 0:6 hesabı ilə məğlub olub. 

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.