Legioner güləşçiyə yüksək mükafat verildi

Legioner güləşçiyə yüksək mükafat verildi

 

Paris-2024 Yay Olimpiya Oyunlarında Bəhreyn bayrağı altında çıxış edən dağıstan əsilli güləşçi Olimpiya çempionu Əhməd Tacutdinova (97 kq) mükafat təqdim olunub. O, Bəhreyn kralı Həməd ibn İsa Əl Xəlifədən “Ölkə qarşısında birinci dərəcəli xidmətlərə görə” medalı ilə təlif olunub. Bu barədə sərbəst güləşçi sosial şəbəkə hesabında paylaşıb. “Bu gün əlahəzrət kraldan “Vətənə xidmətə görə birinci dərəcəli” medalını almaqdan şərəf duydum". Məlumat üçün bildirək ki, Ə.Tacutdinov finalda gürcü Givi Maçaraşvilini məğlub edərək, Bəhreynə ilk Olimpiya medalını qazandırmışdı.