Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

Avropa Liqası: "Qarabağ"ın rəqibləri müəyyənləşdi

 

UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə "Qarabağ"ın da rəqibləri müəyyənləşib. 

Ağdam klubu Liqa mərhələsində Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budyo-Qlimt”, Rumıniyanın “Styaua” və İsveçin “Elfsborq” klubları ilə qarşılaşacaq. Azərbaycan çempionu dörd oyunu evdə, digər dördünü isə səfərdə keçirəcək.

Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il təşkil olunacaq.

2024-cü il

I tur

25-26 sentyabr

“Qarabağ” – “Ayaks”

II tur

3 oktyabr

“Tottenhem” – “Qarabağ”

III tur

24 oktyabr

“Qarabağ” – “Lion”

IV tur

7 noyabr

“Olimpiakos” – “Qarabağ”

V tur

28 noyabr

“Qarabağ” - “Malmö”

VI tur

12 dekabr

“Budyo-Qlimt” – “Qarabağ”

2025-ci il

VII tur

23 yanvar

“Qarabağ” – “Styaua”

VIII tur

30 yanvar

“Elfsborq” – “Qarabağ”