Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi

Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanaraq yeni dünya rekorduna imza atıb.

Təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Qeyd edək ki, bundan əvvəl Lamiyə  Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.

Hazırda Azərbaycan yığmasının aktivində Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi Paraatletimiz Paris-2024-də qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirdi