Paralimpiya çempionumuz üçün növbəti sınaq

Paralimpiya çempionumuz üçün növbəti sınaq

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın iki idmançısı mübarizə aparacaq.

100 metr məsafəyə qaçışda çempion olan T13 kateqoriyasında çıxış edən paraatlet Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafəyə qaçış üzrə yarışda bacarığını göstərəcək. 

SB13 kateqoriyasında yer alan paraüzgüçü Vəli İsrafilov isə 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmədə gücünü yoxlayacaq. 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.