Parisin meri Ann Hidalqo Eyfel qülləsində yer alan Olimpiya simvollarının Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına qədər saxlanılacağını bildirib.
“Mən təklif etdim ki həmin halqalar ən azı 2028-ci ilə qədər orada qalsın. Ola bilər ki, həmin halqaları sonradan heç çıxarmadıq - deyə Hidalqonun sözlərini “Lequipe” nəşri sitat gətirib.
Məlumat üçün bildirək ki, Paris sakinləri bu qərara qarşı onlayn petisiyaya başlayıblar. Təxminən 2 minə yaxın insan öz imzası ilə bu qərara qarşı çıxıblar.