Azərbaycanlı məşqçilər beynəlxalq konversiyada iştirak ediblər

Azərbaycanlı məşqçilər beynəlxalq konversiyada iştirak ediblər

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Voleybol Konfederasiyası (CEV) Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə məşqçi-müəllimlərin beynəlxalq konversiyasını keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 53 ölkənin məşqçi-müəllimlərinin iştirak etdiyi təlimlərdə ölkəmizdən 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün iştirak ediblər.

2 gün davam edən konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında məşq keçən məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artırıblar.