Paris-2024 Yay Olimpiya Oyunları zamanı 4150 idmançıdan dopinq nümunələri götürülüb ki, bu da Olimpiya tarixində rekord göstəricidir. Bu barədə məlumat Beynəlxalq Dopinq Test Agentliyinin (İTA) rəsmi internet səhifəsində yer alıb.
Məlumatda bildirilir ki, Agentlik Olimpiya Oyunlarında iştirak edən atletlərin 38,75 faizini sınaqdan keçirib. Bu, Tokio-2020 ilə müqayisədə 4 faiz, Rio-2016 ilə müqayisədə isə 10 faiz yüksəkdir. Ümumilikdə Paris-2024 zamanı 6130 dopinq nümunəsi toplanıb.
Ən çox test nümunəsi ABŞ, Fransa, Çin, Avstraliya və Böyük Britaniyadan olan idmançılardan götürülüb. İdman növləri üzrə dopinq testlərinin sayına görə atletika, su idman növləri, velosiped idmanı, avarçəkmə və güləş liderlik edir. Götürülmüş nümunələrin yekun nəticələrinə əsasən, beş antidopinq qayda pozuntusu qeydə alınıb.
Paris-2024-də nə qədər idmançı sınaqdan keçib?