UEFA "Qarabağ" futbol klubunu 28 min 500 avro məbləğində cərimələyib.
Buna Ağdam təmsilçisinin Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub. “Qarabağ” Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında "komandanın düzgün olmayan davranışı"na görə 6000 avro ödəyəcək.
Azərbaycan çempionu Bakıda Xorvatiyanın "Dinamo" kollektivinə uduzduğu (0:2) pley-off mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. "Qarabağ" "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi"nə görə 22500 avro cərimələnib.
 
            jpeg-1761768382.jpeg) 
                                 
                                jpeg-1761766570.jpeg) 
                                 
                                jpeg-1761765470.jpeg) 
                                 
                                 
                                 
                                 
                                jpeg-1761761638.jpeg) 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                        jpeg-1761331217.jpeg) 
                         
                        jpeg-1761250045.jpeg) 
                         
                         
                         
                         
                         
                        