Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək 

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarina start veriləcək. 

İlk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Turun açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.