Avropa Liqası: "Qarabağ" bu gün Bakıda "Malmö" ilə qarşılaşacaq

Avropa Liqası: "Qarabağ" bu gün Bakıda "Malmö" ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun qarşılaşmaları keçiriləcək. Azərbaycan təmsilçisi "Qarabağ" II tur çərçivəsində İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyunun start fiti saat 20:45-də səslənəcək. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu.