Basketbol və Formula 1 yeni geyimlə birləşdi

Basketbol və Formula 1 yeni geyimlə birləşdi

Milli Basketbol Assosiasiyasının “San Antonio Spurs”, “Alpine” Formula 1 komandası və “New Era” brendi birgə geyim kolleksiyası hazırlayıblar.

Məhdud buraxılış kolleksiyası həm “Spurs”, həm də “Alp” brendini əks etdirən beş parçadan ibarətdir. Yeni məhsul oktyabrın 14-də satışa çıxarılacaq. Azarkeşlər kolleksiyanı “San Antonio Spurs”, “Alpine” və “New Era” saytlarında əldə edə biləcəklər. Kolleksiyaya üç xüsusi dizaynlı papaq, atlas gödəkçə və NBA və Formula 1 iştirakçısının nömrələri olan formalar daxildir.