2026-cı ildə İtaliyanın Milan və Kortina d Ampezzo şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsi rusiyalı və belaruslu könüllülərin də Oyunlarda iştirakına şərait yaratmağa çalışacaq.
Bu barədə Oyunların Təşkilat Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Oyunlar üçün nəzərdə tutduğumuz “Team26” könüllü proqramı sayı 18 minə çatdırmağı qarşıya məqsəd qoyub. Biz müraciətləri səbirsizliklə gözləyirik. Hər kəs formanı dolduraraq və oradakı təlimatlara əməl etməklə müraciət edə bilər. Olimpiya könüllüləri qrupuna müraciət proseduru sentyabrın əvvəlində başlayıb”, - deyə qurumun açıqlamasında bildirilib.
Qeyd edək ki, bu il keçirilən Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarında rusiyalı və belaruslu könüllülərin iştirakına qadağa qoyulmuşdu.
Məlumat üçün bildirək ki, Qış Olimpiya Oyunları İtaliyanın Milan və Kortina d Ampezzo şəhərində 2026-cı il fevralın 6-dan 22-dək təşkil olunacaq.