Oktyabrın 12-13-də Qazaxıstanın Aktau şəhərindəcüdo üzrə Açıq Asiya turniri keçiriləcək. 9 ölkədən 181 (109 oğlan, 72 qız) idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız yarışda oğlanlar arasında 6 çəki dərəsində 17 cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Rüstəm Alimli rəhbərlik edəcək.
Komandamızın heyətində Babarəhim Mirzəyev, Murad Muradlı, Amin İsmayılov, Rəşad Məmmədov(hamısı -60 kq), Bəhram Qurbanlı, Elşən Əsədov, Mehdi Cəfərov, Nurlan Kərimli(hamısı -66 kq), Zaməddin Poladov, Kərim Allahverdiyev, Elcan Şəfiyev, Asim Qulamzadə (hamısı -81 kq), İbrahim Ağakişiyev, Xəyyam Əliyev, Fəqan Şamilov(hamısı -90 kq), Rəşadət Paşazadə(-100 kq) və Eldar Əliyev (+100 kq) yer alıb.