Paytaxtımız yenidən cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Paytaxtımız yenidən cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında müvafiq razılıq əldə olunub.

Bununla da Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına cüdo üzrə lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.

Azərbaycan daha əvvəl 2018-ci ildə cüdo üzrə dünya çempionatını qəbul edib.

2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və mundiala ev sahibliyi edəcək.