Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçirilib. Üç gün davam edən yarışda 29 ölkədən 219 (150 kişi, 69 qadın) cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycan komandası yarışda8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunub.
Böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparan komandamız yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Komandamıza qızıl medalı -81 kq çəki dərəcəsində çıxış edən Zelim Tçkayev qazandırıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan Uşangi Kokauri isə gümüş medala sahib çıxıb. Bürünc medallara isə Acelya Toprak (-57 kq) və Murad Fətiyev (-90 kq) isə bürünc medala yiyələnib.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.