Stolüstü tennisçilərimiz Avstriyaya yollanıblar

Stolüstü tennisçilərimiz Avstriyaya yollanıblar

Azərbaycanın stolüstü tennisçiləri böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, seçmə komandamız bu məqsədlə Avstriyaya yollanıb.

Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq.

Sabah başlanacaq turnirə oktyabrın 20-də yekun vurulacaq.