Dostunu "Planetin ən yaxşı oyunçusu" hesab edir

Dostunu "Planetin ən yaxşı oyunçusu" hesab edir

NBA-nın kanadalı ulduzu Şay Gilge-Aleksander braziliyalı futbolçu Vinisius Juniorun"Qızıl top"u almamasından hiddətlənib. O, öz sosial şəbəkə hesabında dostu barədə bu sözləri yazıb: - "Planetin ən yaxşı oyunçusu".

Məlumat üçün bildirək ki, “Qızıl top”un qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri olub. Bu baxımdan Parisin Sena sahilində eyniadlı meydanda yerləşən «Şatele Teatrı»nda keçirilən mükafatlandırma mərasiminə Vinisius gəlməyib. Gilge-Alexander və Junior uzun müddətdir ki, dostdurlar.