Braziliyalı vitse dünya çempionu azarkeşlə razılaşıb

Braziliyalı vitse dünya çempionu azarkeşlə razılaşıb

Britaniyalı Lyuis Hemiltonun qarşıdan gələn Braziliya Qran - Prisində mərhum Ayrton Sennanın avtomobilini idarə edəcək.

 

Bu xəbər sosial şəbəkədə böyük müzakirəyə çevrilib.

Formula 1 üzrə braziliyalı vitse dünya çempionu Rubens Barrikello

hadisəni tənqid edən bir fanatın paylaşımına cavab verib. Həmin azarkeş bildirib ki, - “Braziliyada Sennanın avtomobilini sürməyə layiq olan biri varsa, bu Rubens Barrikellodur. Onun Ayrton Senna ilə keçmişi var. Rubens Hemiltondan daha yaxşıdır.

Barrikello həmin şərhin altından bu sözləri yazıb - "Razıyam".

Xatırladaq ki, Hemilton 1990-cı ildəki “McLaren”i Ayrton Sennanın üç çempionluq titulundan ikincisini qazandığı “İnterlaqos” trasında idarə edəcək.