Pəhləvanlarımızın U-23 dünya çempionatlarında qazandıqları medal sayı açıqlanıb

Pəhləvanlarımızın U-23 dünya çempionatlarında qazandıqları medal sayı açıqlanıb

Olimpizm xəbərləri

25.11.2024, 09:38

Azərbaycan güləşçilərinin 2017-ci ildən keçirilən U-23 dünya çempionatlarında qazandıqları medal sayı açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılar geridə qalan 7 il ərzində 51 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 7-si qızıl, 19-u gümüş, 25-i bürünc mükafat olub.

Azərbaycan millisi medalların əyarına görə dünyada 8️-ci, sayına görə isə 6️-cı yerdə qərarlaşıb.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR