Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışında iştirak edir. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 7-də başlayan hazırlıq prosesi Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub. Beynəlxalq toplanışda 30 azərbaycanlı cüdoçu, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də iştirak edir. Təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur. 44 ölkədən 848 idmançının iştirak etdiyi hazırlıq prosesinə yanvarın 15-də yekun vurulacaq.
Cüdoçularımız ilin ilk Olimpiya təlim-məşq toplanışında iştirak edirlər
![Cüdoçularımız ilin ilk Olimpiya təlim-məşq toplanışında iştirak edirlər](https://olimpnews.az/uploads/img/posts/2025/01/08/Cudo telim mesqjpg-1736333872.jpg)
![Cüdoçularımız ilin ilk Olimpiya təlim-məşq toplanışında iştirak edirlər](https://olimpnews.az/uploads/img/posts/2025/01/08/677e5a2ca038b_Cudo telim.jpg)
![Cüdoçularımız ilin ilk Olimpiya təlim-məşq toplanışında iştirak edirlər](https://olimpnews.az/uploads/img/posts/2025/01/08/677e5a2ca293e_Cudo telim 3.jpg)