"Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO

"Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO

Futbol üzrə İspaniya Superkubokunda ikinci finalçının adına aydınlıq gəlib. 

"olimpnews.az" xəbər verir ki, bu, yarımfinal matçında "Malyorka"ya qalib gələn Madrid "Real"ıdır. "Kral Klubu" Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən qarşılaşmada rəqibinə 3:0 hesabı ilə qalib gəlib. İlk yarısı qolsuz heç-heçə ilə başa çatan matçda hesab ikinci hissənin 63-cü dəqiqəsində açılıb. Cud Bellingem komandasını hesabda önə çıxarıb. Matçda hesab növbəti dəfə oyunun sonlarında dəyişib. 90+3-ü dəqiqədə "Malyorka"nın futbolçusu Valyent topu öz qapısına göndərib. Vurulan qoldan iki dəqiqə sonra isə Rodriqo matçda yekun hesabı müəyyənləşdirib. İnamlı qələbə sayəsində finala yüksələn Karlo Ancelottinin komandası həlledici görüşdə əzəli rəqibi "Barselona" ilə qarşılaşacaq. 

Mövsümün ilk "El Klasiko"su yanvarın 12-də təşkil olunacaq.

Xatırladaq ki, Kataloniya təmsilçisi ötən gün yarımfinalda "Atletik Bilbao" komandasına 2:0 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanmışdı. 

 

"Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO "Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO "Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO "Real" superkubokun finalında "Barselona"ya rəqib oldu - FOTO