Yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib

Yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yeni yaradılan İdman Federasiyaları Marketinq Komitəsinin ilk iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Komitənin gələcək fəaliyyət planı müzakirə edilib. Gənclər və idman naziri Fərid Qayıbov Komitə üzvləri ilə müzakirələr aparıb.

Qeyd edək ki, komitə hər ay toplanaraq, idman növlərinin populyarlığını artırmaq məqsədilə marketinq, PR və digər sahələrin inkişafına dair vacib təkliflər hazırlamağı planlaşdırır.