Azərbaycan çempionatında 1/4 finalın görüşləri müəyyənləşib

Azərbaycan çempionatında 1/4 finalın görüşləri müəyyənləşib

Olimpizm xəbərləri

07.02.2025, 10:02

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub. 

Bu, 1/8 finalda tay-brek görüşlərindən sonra müəyyənləşib. 

Ş.Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, T.Rəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək.

Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıblar.

Azərbaycan çempionatı 1/4 final cütləri Kişilər Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı Misrətdin İskəndərov - Aydın Süleymanlı Rauf Məmmədov - Əhməd Əhmədzadə Vüqar Əsədli - Teymur Rəcəbov

Qadınlar Günay Məmmədzadə - Səbinə İbrahimova Gülnar Məmmədova - Xanım Balacayeva Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova Türkan Məmmədyarova - Gövhər Beydullayeva

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR