Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Son oyun günündə də 4 qarşılaşma keçiriləcək. Əvvəlcə Belçikada “Brügge” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Günün digər oyunları saat 00:00-da başlayacaq. "Feyenoord" Niderlandda "Milan"ı qəbul edəcək. "Seltik" doğma meydanda "Bavariya" ilə, "Benfika" isə səfərdə "Monako" ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək.