Bakuriani-2025-in rəsmi bağlanış mərasimi keçirilib
BOK
17.02.2025, 09:34
Gürcüstanda keçirilən Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalı bir həftəlik gərgin yarışlardan sonra fevralın 16-da rəsmi olaraq başa çatıb. Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralos Bakurianidəki “Crystal” hotelində keçirilən bağlanış mərasimində 17-ci Avropa Gənclər Qış Olimpiya Festivalını bağlı elan edib. Mərasim zamanı AOK prezidenti Spiros Kapralos İtaliyanın qazandığı qarışıq kros estafetində festivalın son medallarını təqdim edib. Sonra Slovakiyadan Mikael Strakova və İtaliyadan Daniel Pedranzini Bakuriani-2025-də ən yaxşı qadın və kişi idmançılar üçün “Nodar Kumaritaşvili” mükafatı laureatlarını elan edib. Mükafat prezident Spiros Kapralos və Təşkilat Komitəsi tərəfindən Bakurianidə doğulub böyüyən gürcü xizəkçisinin 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında məşq zamanı kədərli şəkildə vəfat etməsindən 15 il sonra təqdim edilib.
Spiros Kapralos çıxış edərkən qeyd edib: “Son yeddi gündə hər cəhətdən yüksək təşkilatçılıq baxımından fərqlənən Avropa Gənclər Qış Olimpiya Festivalında iştirak etməkdən şərəf duyduq. Möhtəşəm təşkilatçılıqdan könüllülərin mehribanlığına və azarkeşlərin coşğusuna qədər Gürcüstanda olmaq əsl zövq idi. Gənc idmançıların çıxışları müstəsna idi. Şübhə etmirəm ki, Bakuriani, Tbilisi və Batumidə Qış Olimpiya Oyunlarının gələcək ulduzlarının çıxışının şahidi olduq. Gürcüstan özünü qış idman növləri üçün müstəsna bir yer kimi tanıtdı. Bakurianidəki xüsusi həftəni əbədi xatırlayacağıq və indi Braşov-2027-ni həyəcanla gözləyirik”.
Spiros Kapralos Bakuriani-2025-i rəsmi olaraq bağlı elan etdikdən sonra AOK bayrağı Braşov Bələdiyyə başçısı və AOK 2027 Təşkilat Komitəsinin prezidenti George Skripkara, Braşov Bölgə Şurasının sədri Adrian Veshtea və Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti və AOK İcraiyyə Komitəsinin üzvü Mihai Kovaliunun müşayiəti ilə verilib.
Qeyd edək ki, fevralın 9-dan 16-dək davam edən festivalda 48 ölkədən 1000-ə yaxın idmançı 8 idman növündə: dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə yarışlarında mübarizə aparıb. Ölkəmizi EYOF-2025-də fiqurlu konkisürmə idman növündə Leyli Axundov təmsil edib. İlk çıxışını qısa proqramda edən idmançımız 33.84 xalla 28-ci olub. Növbəti gün yenidən buz üzərinə çıxan fiqurlu konkisürənimiz bu dəfə sərbəst proqramda mübarizə aparıb.Batumidə keçirilən yarışda təmsilçimizin sərbəst proqramdakı çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.Beləliklə, idmançımız festivalı yekunda 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş