"5 Mart - Bədən Tərbiyəsi və İdman Günü artıq 20 ildir ki, ölkəmizdə böyük təntənə ilə qeyd olunur".
Bu sözləri Afina-2004 Yay Olimpiya Oyunlarının boks yarışlarının bürünc mükafatçısı Fuad Aslanov 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı deyib.
Veteran idmançı Azərbaycan idmanında böyük nailiyyətlər qazanıldığını qeyd edib.
"İdmançılarımız Vətəni uğurla təmsil ediblər. Bu müddət ərzində bizə bəxş olunan ən böyük sevinc torpaqlarımızın düşməndən təmizlənməsi oldu. Biz çox xoşbəxtik ki, bu anların şahidi olduq. "Hərbi Qənimətlər Parkı" böyük zəfərin nümunəsidir. Bizi buraya topladığı üçün Milli Olimpiya Komitəsinə minnətdarlığımızı bildiririk", - deyə Fuad Aslanov bildirib.