Nazim Hüseynov: “Biz dünyada idman ölkəsi kimi böyük nüfuz qazanmışıq”

Nazim Hüseynov: “Biz dünyada idman ölkəsi kimi böyük nüfuz qazanmışıq”

“Biz idmançılar üçün əlamətdar bir bayram əhval-ruhiyyəsi yaranıb. Ölkəmizdə sabah 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü keçiriləcək”.

Bu sözləri Olimpiya çempionu Nazim Hüseynov 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan ağacəkmə aksiyası zamanı bildirib.

O, Azərbaycanda idmanın daim inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb: “Biz dünyada idman ölkəsi kimi böyük nüfuz qazanmışıq. Olimpiya Oyunlarında əldə olunan nəticələr bunu deməyə, əsas verir. Bu gün idman ictimaiyyəti bir araya toplaşaraq, “Hərbi Qənimətlər Parkı”nda keçirilən ağacəkmə aksiyasında iştirak etdilər. Bu bizim həmrəyliyimizin göstəricisidir. Hər birinizi bu gözəl gün münasibətilə təbrik edirəm”.