Yüksək Liqada XIV turun oyunları başa çatdı 

Yüksək Liqada XIV turun oyunları başa çatdı 

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçirilib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turun hər üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. 

Günün ilk oyununda “Azərreyl" klubu MOİK komandasına 3:0 hesabı ilə qalib gəlib.

Ardınca “Murov Az Terminal” və “Xilasedici” klubları meydana çıxıb. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyənləşib. Belə ki, “Xilasedici” 3:2 hesabı ilə “Murov Az Terminal”komandasını məğlub edib. 

Turun son oyunu isə "Neftçi" və "Gənclər" komandaları arasında olub. “Neftçi” gənclərdən təşkil olunmuş rəqibinin ciddi müqaviməti ilə üzləşməsinə baxmayaraq, meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.