Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, o, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. Görüşü 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesablı qələbə ilə başa vuran boksçumuz “Adriatik incisi”nin qalibi olub.
Daha əvvəl Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.