Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı 

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı 

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Aynur Mikayılova (57 kq) 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

A.Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı