Futbol üzrə Misli Premyer Liqasının XXVII turun daha bir oyunu keçirilib. Günün ikinci oyununda "Sabah" və "Zirə" komandaları üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər. Meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Cesse Sekidika hesabı açıb. Bərabərlik qolunu isə 63-cü dəqiqədə David Volkov vurub. “Zirə” klubu 52 xalla turnir cədvəlində ikinci, “Sabah” isə 35 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Şamaxı" ilə (1:1), "Kəpəz" isə "Qarabağ"la (0:0) heç-heçəyə razılaşıb.