"Real" Vilyarel səfərindən minimal hesablı qələbə ilə qayıdır 

"Real" Vilyarel səfərindən minimal hesablı qələbə ilə qayıdır 

İspaniya La Liqasının 28-ci turunun oyunları davam edir. Kuboka iddiasını davam etdirən Madrid "Real"ı səfərdə "Vilyarreal"la qarşılaşıb. Oyun "Kral klubu"nun minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:2. Meydan sahiblərinin erkən qoluna Kilian Mbappe iki qolla cavab verib. Beləliklə, oyunu qələbə ilə başa vuran Karlo Ançelottinin komandası 60 xalla birinci pilləyə yüksəlib. Onlar iki oyun az keçirən "Barselona"nı üç xal qabaqlayır. "Vilyarreal" isə 28 oyundan sonra 44 xalla turnir cədvəlində 5-ci yerdədir.