Həndbol millimiz Moldova yığmasına da məğlub oldu

Həndbol millimiz Moldova yığmasına da məğlub oldu

Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.

Yığmamız 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə gəlib.

Görüş Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Milli 5-8-ci yerlər uğrunda görüşdə isə Paraqvaya 22:34 hesabı ilə məğlub olub.