Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri üç medalla başa vurublar.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda macarıstanlı Kruzito Kovaçı4:1 (30:27, 28:29, 29:26, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Komandamızın digər üzvlərindən Tural Sarıyevlə (50 kq) və Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.