"Şamaxı" baş məşqçisi ilə müqaviləni uzadıb

"Şamaxı" baş məşqçisi ilə müqaviləni uzadıb

“Şamaxı” komandası baş məşqçi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

Klubdan verilən məlumata görə, yeni sözləşmə növbəti mövsümün sonuna qədərdir.

Xatırladaq ki, 44 yaşlı mütəxəssis cari mövsümün əvvəlində "Şamaxı"nın sükanı arxasına keçib. Ayxan Abbasov bu yaxınlarda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına da baş məşqçi təyin edilib.