Ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Şüvəlanda yerləşən Ağırlıqqaldırma Akademiyasında təşkil olunan yarışda daha 10 çəki dərəcəsi üzrə ən güclülərin adına aydınlıq gəlib.
15 yaşadək oğlanların mübarizəsindəAyxan Məmmədov (81 kq), Muhammədəli Məmmədzadə (89 kq), Rihad Nuriyev (96 kq), Nihad Süleymanov (110 kq) vəElmar Quluzadə (+102 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeniyetmələrin mübarizəsində İsa Əliyev (81), Allahverdi Qaragözov (89 kq), Aslan Əmiraslanov (96 kq), Sultan Sultanov (102 kq), Təyyar Dövlətov (+102 kq) bütün rəqiblərini üstələyib.
15 yaşadək qızların komanda yarışında “Göyəzən”, UGİM/LAGİİ və BAFmüvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.Yeniyetmə qızların komanda yarışında “Göyəzən”, Sumqayıt İOEUGİŞM/“Təhsil” RİM və BAFmüvafiq olaraq ilk üç pillədə qərarlaşıb.
15 yaşa qədər oğlanların komanda yarışında UGİM/QTRGİİ, UGİM/ LAGİİ və UGİŞM/”Təhsil” RİM müvafiq şəkildə birinci, ikinci və üçüncü yeri təmin edib.Yeniyetmə oğlanların yarışında isə UGİM/QTRGİİ, UGİM/DŞRGİİ və Zirvə İSC müvafiq olaraq ilk üç yerdə qərarlaşıb.
15 yaşa qədər olan oğlanlar arasındaMusab Məmmədtağıyev (UGİM/QTRGİİ, Qazax), yeniyetmələrdə isəİsa Əliyev (UGİŞM /”Təhsil” RİM,Lerik) ən yaxşı idmançı adına layiq görülüblər.
15 yaşa qədərqızlar arasında Malikə Biçekuyeva (“Bəhrə” İK,Samux), yeniyetmə qızlar arasında isəAytən Əliyeva ("Göyəzən AAK",Qazax) ən yaxşı idmançı seçiliblər.
Komanda hesabında ilk 3 yeri tutan kollektivlərə və ən yaxşı idmançılara kuboklar təqdim edilib.