Bu gün Yüksək Liqada XVI tura yekun vurulacaq 

Bu gün Yüksək Liqada XVI tura yekun vurulacaq 

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVI turun oyunlarına yekun vurulacaq.

Saat 16:00-da iki oyun keçiriləcək. UNEC “Murov Az Terminal”ı, “Abşeron” “Gəncə”ni qəbul edəcək.

Günün son matçında isə “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, hazırda “Abşeron” 37 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir xal geri qalan “Milli Aviasiya Akademiyası” ikinci, “Azərreyl” isə 25 xalla üçüncü sırada qərarlaşıb.