“Los Angeles Clippers”in 28 yaşlı avstraliyalı basketbolçusu Ben Simmons ölkəsinin tərkibində Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.
“Mən həmişə Olimpiya Oyunlarında oynamaq arzusunda olmuşam. Yığma komandaya Adam Kapornu baş məşqçi təyin olunub. Onu yaxşı tanıyıram. Qısa müddətdə tanış olduq. Los Anceles olimpiadasını əldən verə bilmərəm», - deyə «Basket News» Simmonsdan sitat gətirib.
Qeyd edək ki, Simmons 2013-cü ilin iyununda Avstraliya millisinin təlim-məşq toplanışına çağırılıb. 2013-cü ildə Okeaniya basketbol çempionatında oynayıb. Yeni Zelandiya ilə görüşdə iki oyunda cəmi dörd xal toplayıb. Həmin vaxt çempionatın qalibi olub. Simmons üçüncü dəfədir ki, Olimpiya Oyunlarında iştirak etmək niyyətindədir. 2016-cı ildə o, NBA-da debüt etdiyi üçün bu imkanı əldə vermişdi. Tokio-2020-də oynamaq arzusu isə pandemiya səbəbindən həyata keçməmişdi.