Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən FIVB-nin “Volleyball Empowerment" proqramı çərçivəsində məşqçilər üçün kurs təşkil olunub.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan dərslər məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Üç mərhələdən ibarət kurs AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.
18 nəfərin qatıldığı təlimlərin yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.